AZ

Ukrayna Müdafiə Nazirliyində daha bir şəxs vəzifəsindən azad edildi

Ukrayna müdafiə nazirinin müavini Sergey Aleksandr vəzifəsindən uzaqlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk öz teleqram kanalında məlumat verib.

“Sergey Aleksandr Petroviç Ukrayna müdafiə nazirinin müavini vəzifəsindən azad edilib”, - o yazıb.

Qeyd edək ki, noyabrın 1-də İqor Voronçenko Ukrayna Müdafiə Nazirliyinin baş inspektoru vəzifəsindən kənarlaşdırılıb.

Seçilən
16
qafqazinfo.az

1Mənbələr