AZ

“Danışıb razılaşdıq ki, nə mənim onlara, nə də onların mənə borcu var”

Yəqin ki, bu yaxınlara Albaniyadan iki həmvətənimizin geri döndüyünü hamı xəbər tutub. Sönbət “Bülis”ə məşqçi kimi gedən Rüfət Quliyev və oyunçu olaraq tramnsfer olunan Amil Yunanovdan gedir.

Məsələ ondan ibarətdi ki, klub hər ikisini aldadıb. Ən azından özləri belə deyir. İki aylıq gedişin belə tez, həm də peşimanca dönüşünü heç kim gözləmirdi. İndi isə mövsümün ortasıdı, klublar transferə maraqlı deyil. İlin-günün bu vaxtı işsiz qalan futbol adamlarının, həm də klubdan alacaqları vardı. Yunanov transfer kağızını, Quliyev isə söz verilən maaşı ala bilmir.  Belədə hər ikisi Azərbaycana geri qayıtdı. Yunanov bir müddət öncə transfer vərəqəsinin Albaniya klubunda qaldığını bildirmişdi.

Bəs Quliyev “Bülis”lə rəsmi şəkildə ayrılıbmı, hazırda nə işlə məşğuldu?

Rüfət Quliyev qəzetimizə açıqlamasında mövcud durumu belə şərh etdi:

“Bülis”dən rəsmi ayrılmışam. Mənim məsələm demək olar, həll olunub. İkitərəfli razılığa əsasən ordakı müqaviləmə xitam verildi. Sadəcə kağız məsələri qalıb. Maddi gözləntim yoxdu. Danışıb razılaşdıq ki, nə mənim onlara, nə də onların mənə borcu var. Nə olubsa qaldı keçmişdə. Fəaliyyətimi Azərbaycanda davam etdirmək fikrindəyəm. Amilin məsələsinə gəldikdə, özü daha yaxşı bilir. Bildiniz ki, klub qeyr-ciddi davrandı. Bu da başqalarına yox biz azərbaycanlılara qarşı gördüm. Xoşagəlməz hadisələr baş verdi. Həyat davam edir. Gələcəkdə əvəzini çıxarıq”.


Rüfət bəy hazırda danışıq apardığı klublar barəsində isə bu sözü deyib:

“Hal-hazırda dəqiq razılaşdığım bir yer yoxdu. Yalnız söz-söhbətlərdi. Bəzi klublarla adım yanaşı hallanır. Amma hələ qəti qərar, nəticə yoxdu. Yaxın gələcəkdə olarsa sevinərəm. Bilirsiz ki, baş məşqçi kimi fəaliyyət göstərmişəm. Nəticələrim də olub. Sadəcə mənim PRO kateqoriyam olmadığına görə hal-hazırda premyer-liqa və ya xarici ölkədə baş məşqçi vəzifəsində çalışa bilmirəm. Amma premyer-liqada köməkçi işləmək imkanım var. Yəni lisenziya ona imkan verif. Amma birinci və ikinci liqada sözsüz, baş məşqçi kimi fəaliyyət göstərə bilərəm. Əgər təklif gəlsə şərtləri dəyərləndirib ortaq məxrəcə gəlmək olar. Amma indi heç nə dəqiq məlumat yoxdu. Bir klubla danışıq aparıram. Detallı məlıumat vermək istəmirəm. Alınsa hər şey bəlli olacaq”.

RÖYANƏ OĞUZ
Seçilən
28
football-plus.az

1Mənbələr