ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Ağ Evə qayıtmayacaq.
Azpost.info bildirir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, Tramp administrasiyası dövründə Kuşner Yaxın Şərqdəki siyasət məsələləri ilə bağlı məsləhət verə bilər, lakin Ağ Evə qayıtmayacaq.
Eyni zamanda, Tramp komandası Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı Viktoriya Koutsu və istefada olan general-mayor Migel Korreanı Kuşnerin mümkün iştirakı ilə Yaxın Şərq məsələləri üzrə işləmək üçün nəzərdən keçirir,
Qəzet qeyd edir ki, Kuşner əvvəlki səlahiyyət müddətində Trampın baş məsləhətçisi olub və İsrail ilə BƏƏ, Bəhreyn, Sudan və Mərakeş də daxil olmaqla bir sıra ərəb dövlətləri arasında diplomatik əlaqələr quran “İbrahim razılaşması” danışıqlarında əsas rol oynayıb.
Kuşner bir neçə dəfə hökumətə qayıtmaqda maraqlı olmadığını bildirib, lakin Trampın qələbəsi və Yaxın Şərqdəki hazırkı böhran onun fikrini dəyişməsinə səbəb ola bilər.