Şuşada 8 Noyabr-Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlərin davamı olaraq İnzibati binanın qarşısında təntənəli konsert keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, konsertdə Respublikanın əməkdar artisti Mətanət İsgəndərli, Fikrət Əmirov adına Dövlət Rəqs Ansamblı, Gülay Zeynallı və digər müğənnilər musiqili proqramla çıxış ediblər. Konsertin sonunda atəşfəşanlıq olacaq.