Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putini portuqal ulduz hücumçu Kristiano Ronaldo ilə müqayisə edib.
Arena.az “RİA Novosti” agentliyinə istinadən məlumat verir ki, Maduro Kazanda keçirilmiş BRİKS (BRICS) sammiti zamanı Putinin “qolçuluq duymunu” qeyd edib:
“Orada Yeni dünyanın, BRİKS dövlətlərinin otuz dövlət başçısı vardı və o, bütün nümayəndə heyətlərini, ikitərəfli görüşləri qəbul etdi və plenar iclasda iştirak etdi. Şübhəsiz ki, biz siyasi dildə deyə bilərik: Prezident Vladimir Putin – beynəlxalq siyasətin ulduzudur. BRİKS-i birləşdirən, Kazanda keçirilmiş tarixi sammitdə böyük uğur əldə edildi. O, anadangəlmə qolçudur. Kristiano Ronaldo kimi, onun qolçuluq duyumu var”, deyə prezident Maduro həmkarı Vladimir Putini mədh edib.