Dörd illik Zəfər bayramı Qubada da xüsusi coşqu ilə keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, gün ərzində rayonda tarixi günlə bağlı silsilə tədbirlər baş tutub.
Səhər saatlarında şəhid ailələri, veteranlar və rayon rəsmiləri Quba Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət edib. Xiyabanda şəhidlərin ziyarəti gün ərzində davam edib.
Günün ikinci yarısında Quba "Asan Xidmət" mərkəzinin qarşısında möhtəşəm bayram konserti keçirilib və axşam saatlarınadək davam edib.
Konsert proqramı atəşfəşanlıqla sona çatıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta