AZ

UEFA Avropa Liqası: Toral Bayramovun qolu həftənin ən yaxşısı seçilib

"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Budyo Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı seçilib.

Cinah oyunçusunun dəqiq zərbəsi azarkeşlərin səsverməsi nəticəsində birinci olub.

Liqa mərhələsinin IV turunun ən yaxşı qol müəllifi adına digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfur) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgün idi.

Qeyd edək ki, "Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.

Seçilən
12
18
cbcsport.az

10Mənbələr