AZ

Flik "Barselona" prezidentinə də güzəşt etmir

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandada müxtəlif qaydalar tətbiq edib.

İdman.biz xəbər veri ki, o, yayda ABŞ turnesi zamanı klub prezidenti Joan Laportaya da güzəşt etməyib.

İspaniya mətbuatında almaniyalı mütəxəssisin "Barselona"nın rəhbərinə məşqlərə idman geyimində gəlməsini xahiş etməsi xəbərləri yayılıb.

Qeyd edək ki, yayda "Barsa"nın baş məşqçisi təyin olunan Flik uğurlu faəliyyəti diqqətləri üzərinə çəkib. Komanda 12 oyundan sonra 33 xal lider mövqeyində qərarlaşıb.

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr