Hüseyn Mustafayev 12 il Xüsusi Təyinatlı Qüvvələrdə qürurla çalışıb, Vətən müharibəsinin ilk günündən ön cəbhədə vuruşub.
Döyüşlərin ikinci günündə kəllə-beyin travması alan qazi müalicə olunaraq yenidən döyüşlərə qatılıb. Qəhrəmanımız Şuşanın azad olunması əməliyyatı zamanı minaatan mərmisinin partlaması nəticəsində ağır yaralanıb və 4 ay komada qalıb. Bədbəxt hadisənin üzərindən 4 il keçməsinə baxmayaraq, Hüseyn hələ də sağlamlığına qovuşa bilməyib. Qazinin atası
İslam Mustafayevin sözlərinə görə, oğlunun ən böyük arzusu Zəfər paradında iştirak etmək olub:
"Hüseyn üçün Zəfər anadan, atadan, baladan üstün idi. Yaralanandan sonra bütün gün həkiminə yalvarırdı ki, məni tez əməliyyat edin, Zəfər paradına hazırlaşmalıyam".
Daha ətraflı videomaterialda:
3Mənbələr
-
editor.azAğır yaralansa da, döyüşlərə qayıtdı: Aylarla komada qalan Hüseyn Mustafayev ( 12852109)
-
qaziler.azAğır yaralansa da, döyüşlərə qayıtdı: Aylarla komada qalan Hüseyn Mustafayev - VİDEO ( 12852037)
-
demokrat.azAğır yaralansa da, döyüşlərə qayıtdı: Aylarla komada qalan Hüseyn Mustafayev — VİDEO ( 12851215)