AZ

Gözlənilən istefa

“Renn” rəhbərliyi baş məşqçi Stefan Jülieni istefaya göndərib.

Fransa klubunun mətbuat xidmətinin məlumatına görə, 44 yaşlı mütəxəssis uğursuz nəticələr görə vəzifəsindən azad olunub. Jülyenin komandası Liqa 1-in son turunda “Bordo”ya 0:4 hesabı ilə uduzub. Son 6 oyunun yalnız birində qalib gələn “Renn” Fransa çempionatında 10 turdan sonra 11 xalla 13-cü yeri tutur.

Jülyen “qırmızı-qaralar”ı ötən ildən çalışdırırdı. Baş məşqçinin səlahəyyətlərini müvəqqəti əvəzedicilərdən ibarət komandanın çalışdırıcısı Sebastyen Tambure icra edəcək.

Seçilən
32
football-plus.az

1Mənbələr