Bu il dünyada buğda istehsalı 794,73 milyon ton təşkil edəcək.
Musavat.com xəbər verir ki, bu proqnozla ABŞ Kənd Təsərrüfatı Nazirliyi noyabr hesabatında çıxış edib. Buğda istehsalına dair yeni proqnoz oktyabr ayındakı 794,08 milyon tondan cüzi azdır.
Nazirliyə görə, qlobal qaba taxıl istehsalı – 1 milyard 499,71 milyon ton (oktyabrda 1 milyard 500,11 milyon ton), qarğıdalı – 1 milyard 219,4 milyon ton (1 milyard 217,19 milyon ton) təşkil edəcək.
Nazilrik Rusiyadan buğda ixracı proqnozunu yenə 48 milyon ton səviyyəsində saxlayıb. Buğda ixracında Rusiyanın ən yaxın rəqibi olan Aİ üçün ixrac proqnozu da eyni səviyyədə saxlanılıb - 30 milyon ton.
Rusiyada bu il buğda yığımına dair proqnozlar isə oktyabrdakı 82 milyon tondan 81,5 milyon tona endirilib.
Musavat.com