AZ

Trampla bağlı məhkəmə işi DAYANDIRILDI

Vaşinqton məhkəməsi prezident seçkilərində qalib gələn Donald Trampın seçkiyə müdaxilə ilə bağlı istintaq işini dekabrın 2-dək dayandırıb.

Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, iş üzrə xüsusi ittihamçı məhkəməyə müraciət edib.

Bildirilib ki, proses Trampın prezident seçkilərindəki qələbəsini nəzərə almaq və yeni fəaliyyət istiqaməti müəyyən etmək niyyəti ilə əlaqədar dayandırılıb.

Qeyd edək ki, seçkilərdə prezident seçilən Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də Kapitolidə keçiriləcək.

Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr