Nikol Paşinyan bütün yumurtalarını neoliberal səbətə qoymaqla ABŞ-la münasibətlərdə səhv etdi.
Musavat.com-un məlumatına görə, bunu politoloq Suren Surenyants yerli mediaya ABŞ-da Tramp dönəminin başlanmasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Donald Trampın Ağ Evə qayıtması ilə erməni-amerikan dialoqu faktiki olaraq ləğv edilib. Erməni ekspert həyəcanlı çağırış etməyi də unutmayıb. “İndi təcili olaraq yeni administrasiya ilə əlaqə yaratmaq lazımdır”, Suren Surenyants SputnikARM radiosundakı “Abovyan Time” verilişində deyib. Lakin ekspert bu prosesin nə dərəcədə uğurlu olacağını söyləməkdə çətinlik çəkdiyini də etiraf edib.
Musavat.com