AZ

Çempionlar Liqasında hamını arxada qoydu

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Nominantların sayı 4-ə bərabər idi.

Əsas mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər Viktor Dyökereş (Sportinq), Luis Dias (Liverpul), Karim Konate (Zaltsburq) və Nikolas Kyun (Seltik) idi. Dyökereş “Mançester Siti” üzərində 4:1, Dias “Bayer-04” ilə oyunda 4:0 hesablı qələbədə het-trik etməklə rol oynamışdı. Konate “Feyenoord”la (3:1), Kyun isə “Leyptsiq”lə (3:1) matçda dubl etmişdi.

4-cü turun ən yaxşı oyunçusu UEFA-nın saytında azarkeşlər arasında keçirilən soğunun nəticəsində məlum olub. Daha çox səs toplayan Dyökereş karyerasında ilk dəfə bu nominasiyada qalib gəlib.

Seçilən
35
football-plus.az

1Mənbələr