AZ

8 Noyabr – Zəfər Günü Ağstafada silsilə tədbirlərlə qeyd olunub

Tədbirlərdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ərazisində yerləşən hərbi hissələrdən əsgər və zabit heyəti, məsul şəxlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Zəfər Günündə Ağstafa şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunub, abidələr önünə gül dəstələri düzülüb, Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad olunub.
Sonra Ağstafa rayon Heydər Əliyev Mərkəzində “8 Noyabr – Zəfər Günümüz” mövzusunda ümumrayon toplantısı keçirilib.
Axşam saatlarında isə Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında izdihamla müşayiət olunan möhtəşəm Zəfər təşkil olunub.
Ağstafa RİH başçısı çıxışında hər kəsin Zəfər bayramını təbrik edərək qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun xalqımıza bəxş etdiyi şanlı Zəfər, tarixi ədalətin bərpası Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Artıq Ümummilli Liderin ideyalarının təzahürü olan müasir, qalib və qüdrətli Azərbaycan sosial-iqtisadi tərəqqisi, hərbi qüdrəti, beynəlxalq aləmdə mövqeyinin güclənməsi, milli həmrəyliyinin möhkəmləndirilməsi ilə yeni zirvələrə doğru inamla irəliləməkdədir.
Bayram tədbirində Bakı şəhərindən təşrif buyurmuş respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, şairə Cığatel İsaqızı, müğənnilər – Çinarə Məlikzadə, Leyla Camal, Leyla Elmanqızı, aşıq Qoca Ərəbov səhnə alıblar, eləcə də Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin hazırladığı geniş konsert proqramı təqdim olunub.

Seçilən
16
4
moderator.az

5Mənbələr