FTB iddia edir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun adı açıqlanmayan nümayəndəsi seçkilərdə qalib gələn ABŞ prezidenti Donald Trampa sui-qəsd etməyi planlaşdırıb.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ Ədliyyə Departamenti prezident seçkiləri öncəsi Trampa qarşı sui-qəsd planı ilə bağlı cinayət ittihamlarını açıqlayıb.
Agentliyin qeyd etdiyi kimi, Manhetten məhkəməsinə təqdim edilən materiallarda iddia olunur ki, “keçən sentyabr ayında adı açıqlanmayan SEPAH rəsmisi onun əlaqəsinə Trampa casusluq etmək və sonra onu öldürmək üçün plan hazırlamaq göstərişi verib”.
Digər təfərrüatlar açıqlanmır.