AZ

Türkiyənin Qazaxıstana xalça məhsulları ixracı azalıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Qazaxıstana xalça məhsulları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalaraq 35 milyon 143 min 39 dollar olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, oktyabr ayında Türkiyənin Qazaxıstana etdiyi xalça ixracı 5 milyon 320 min 39 dollar olub ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 11,3 faiz artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin ümumi xalça məhsulları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 2 milyard 360 milyon 731 min dollar təşkil edib.

Nazirlikdən bildirilib ki, oktyabr ayında Türkiyə 274 milyon 570 min dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə heç bir dəyişiklik göstərmir.

Bildirilib ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə ümumilikdə 2 milyard 883 milyon 39 min dollar dəyərində xalça məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az

Seçilən
56
29
fins.az

10Mənbələr