Siyəzən şəhərində 11 yaşlı uşaq dəm qazından zəhərlənərək ölüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Siyəzən şəhərindəki Heydər Əliyev 43 ünvanındakı 8 saylı mənzildə baş verib.
11 yaşlı oğlan uşağının cəsədi evin hamam otağında tapılıb. Hüquq-mühafizə orqanlarının ehtimalına görə, azyaşlı çimərkən dəm qazından boğularaq ölüb.
Mərhumun meyiti tibbi ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.
11 yaşlı məktəblinin ölüm səbəbini Siyəzən rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta