AZ

Hacı Əliyev: "Hələ də aydınlaşdıra bilmirəm ki, kim kimlə oynayır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qələbənin Zəfər Gününə təsadüf etməsi, Toral Bayramovun qolunun turun ən yaxşısı seçilməsi xüsusilə sevindiricidir".
Bunu "İdman.biz"ə sərbəst güləş üzrə dünya və Avropa çempionu Hacı Əliyev deyib.
"Qarabağ"ın Avropa Liqasının liqa mərhələsində "Budyo/Qlimt" üzərində qələbəsini şərh edən sabiq güləşçi bildirib ki, Toral Bayramovun qolu möhtəşəm alınıb:
"Bütün "Qarabağ" azarkeşləri kimi mən də dünənki oyuna həyəcanla baxırdım. Olduqca maraqlı bir oyun izlədik. Bildiyiniz kimi, Avropa Liqasının formatında dəyişikliklər olub. Hələ də mən aydınlaşdıra bilmirəm ki, kim kimlə oynayır. Bu format həm maraqsızdır, həm də çətin. "Qarabağ" komandasına növbəti oyunlarda da uğurlar arzulayıram".
Qeyd edək ki, "Qarabağ" rəqibini səfərdə 2:1 hesabı ilə məğlub edib.
Seçilən
23
oxu.az

1Mənbələr