Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 7-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Mingəçevir” – “Baku Sportinq” oyununda qonaqlar qələbə qazanıblar.
“Zaqatala” da doğma meydanda “İmişli”yə böyük hesabla uduzub.
Birinci Liqa
7-ci tur
6 noyabr
“Qaradağ Lökbatan” – “Difai” 4:2
Qollar: Ramin Məhərrəmli, 29. Ceyhun Muxtarlı, 41; 45+1; 56 – Xəyyam Məmmədli, 87. Əli Mürsəlov, 88.
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Vüqar Bayramov, Kamil Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
7 noyabr
“Karvan” – “Cəbrayıl” 1:2
Qollar: Bəhruz Teymurov, 2 – Okan Təhməzli, 68. Zeynəddin Abdurahmanov, 71.
Hakimlər: Əli Əliyev, Rəhman Aslanov, Elmin Süleymanov, Nazim Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Yevlax şəhər stadionu, 14:30.
“Qəbələ” – MOİK 3:0
Qollar: Elşad Tağıyev, 50; 76. Abdullahi Şuaybu, 64.
Hakimlər: Rövşən Rəcəbov, Samir Qaracayev, Gülnurə Əkbərzadə, Emin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu, 16:00.
8 noyabr
“Mingəçevir” – “Baku Sportinq” 1:2
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Zakir Şükürzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.
“Zaqatala” – “İmişli” 1:4
Hakimlər: Səbuhi Bayramov, Rəhman İmami, Aydın Bəxşiyev, Vüqar Həsənli.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.