Millimizin hücumçusu Mahir Emreli bu gün Almaniyanın 2-ci bundesliqasında növbəti oyununu keçirdi.
"Football-plus.az" xəbər verir ki, həmyerlimizin "Nürnberq"i 12-ci tur çərçivəsinsə baş tutan ev oyununda "Kayzerslautern"lə bacarmadı.
Mahir sözügedən matçda meydana start heyətində çıxdı. Təəssüf ki, bu dəfə nə qol, nə də məhsuldar ötürməylə yadda qaldı. Bəs, matç Emreli üçün necə keçdi?
Onun dəfələrlə ələ düşən fürsətlərdən yararlana bilmədiyini qeyd etməliyik. Hücumçu tribunalarda 40 min azarkeşin yer aldığı qarşılaşmada özünü yaxşı tərəfdən göstərə bilmədi. Ümumiyyətlə, ilk dəqiqələr bizimki üçün uğurlu keçmədi. Hətta 37-ci dəqiqədə zədələnmək təhlükəsiylə üzləşdi. Dəqiq desək, rəqibin futbolçusu Afeez Arümu qoluyla üzünə zərbə endirdi. Yaxşı ki, epizod xoşa gəlməz hadisəylə nəticələnmədi və baiskar sarı vərəqə gördü. Mahirin varlığı 38-ci dəqiqə özünü büruzə verdi ki, başla "çərçivə"ni nişan almaq cəhdi qeydi-dəqiqlik üzündən fayda vermədi.
Qısası, Emreli 73-cü dəqiqədə əvəzləndi. Hər halda, bu matçda iki dəfə qol imkanını əldən verən futbolçu sarı vərəqə olmadı. Bu o deməkdi ki, Mahir noyabrın 22-də "Paderborn"un meydanında keçiriləcək matçda komandasına yardım edə biləcək.
Qeyd edək ki, "Nürnberq" 18 xalla 6-cı pillədədi.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta