Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası - “Nürnberq” bu gün Almaniya 2-ci Bundesliqasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi öz meydanında “Kayzerslautern” ilə qolsuz bərabərliyə razılaşıb.
Start "11-lik"də yer alan Mahir 73-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Emreli Bundesliqada 5 oyunda 3 qol vurub.
12 tura 18 xal toplayan “Nürnberq” 6-cı, “Kayzerslautern” isə 17 xalla 8-ci pillədə qərarlaşıb.