“Qalatasaray”ın hücumçusu Mauro İkardi ötən gün Avropa Liqasının Liqa mərhələsində “Tottenhem”lə keçirilən oyunda ciddi zədə alıb.
Sportinfo.az xəbər verir ki, argentinalı ulduz oyunun 83-cü dəqiqədə bud nahiyəsindən zədələnib.
Klubdan verilən açıqlamada bildirilib ki, MRT-dəonun çarpaz bağlarının qopduğu bildirilib.
Buna görə də futbolçunun bir müddət yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.