AZ

Azərbaycanda klub sahibi olan iş adamı daha bir komanda yaratdı

"Huner Group" MMC-nin təsisçisi və qanuni təmsilçisi Ehtiram Quliyevin rəhbərlik etdiyi yeni şirkət dövlət qeydiyyatına alınıb.

Sportinfo.az xəbər verir ki, Dövlət qeydiyyatına alınan şirkət "Turan FK" MMC adlanır.

Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Azərbaycan ev 54, m. 2-də yerləşir.

Məlumat üçün bildirək ki, Ehtiram Quliyev hazırda "Turan Tovuz" futbol klubunun İdarə heyətinin sədridir. Bu klubun rəsmi adı "Turan Tovuz” Peşəkar Futbol Klubu İctimai Birliyidir.

Seçilən
48
sportinfo.az

1Mənbələr