AZ

8 min saat uçan qadın: SABİNA GÖKÇEN

Sabiha Gökçen (1913-2001) dünyanın ilk qadın döyüş pilotu idi.

Sherg.az xəbər verir ki, dünyanın ilk qadın döyüş pilotu olaraq tarixə keçən Sabiha Gökçen, eyni zamanda Atatürkün mənəvi qızlarından biri sayılır. Bursa ziyarəti zamanı Atatürk tərəfindən 12 yaşında övladlığa götürülüb, Üsküdar Qız Liseyini bitirib. Daha sonra Türk Hava Təşkilatının Havaçılıq Məktəbinə daxil olub. Yüksək təlim kurslarına qatılmaq üçün Krıma gedən Gökçen, geri dönüşdə Eskişehir Hava Məktəbinə daxil olub. 1934-cü ildə Soyadı Kanunuyla birlikdə Atatürk tərəfindən ona "Gökçen" soyadı verilib. Bombardmançı təyyarəçi sahəsində mütəxəssisləşib. 32 müharibə uçuşuyla birlikdə cəmi 8 min saat ətrafında uçuş reallaşdıran Gökçen, ölkənin ən mübahisəli hərbi əməliyyatları arasında göstərilən "Dersim Hərəkatı"na da qatılıb.

1938-ci illərdə Balkan turuyla adını Avropaya eşitdirməyə başlayıb. Gökçen, 1940-cı ildə baş leytenant Kamal Esiner ilə evlənib və həyat yoldaşına öz soyadını verib. Son uçuşunu, tam 83 yaşında 1996-cı ildə reallaşdırıb. Fransız pilot Daniel Acton ilə bir "Falcon 2000" təyyarəsini idarə edən Gökçen 2001-ci ildə həyatını itirib.
Seçilən
26
sherg.az

1Mənbələr