Bakı. Trend:
Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunlarıkeçirilir.
Trend xəbər verirki, bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelininçıxış etdiyi "Nürnberq" komandası doğma meydanda "Kayzerslautern"iqəbul edib. Qarşılaşma 0:0 hesablı bərabərliklə yekunlaşıb.
Mahir Emreli də bu matçda iştirak edib. 27 yaşlı forvard oyunastart heyətində başlayıb və 73-cü dəqiqədə əvəzlənib.
Xallarını 18-ə yüksəldən "Nürnberq" turnir cədvəlinin 6-cısırasında yer alır.