Azərbaycan millisinin vingeri Ozan Can Kökçünün də formasını geyindiyi HİK Konfrans Liqasının Liqa mərhələsində 5-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda evdə “Olimpiya” (Sloveniya) ilə qarşılaşıb.
Görüşdə qonaqlar 2:0 hesablı qələbə qazanıblar.
Ozan bu matçda iştirak edib. 26 yaşlı yarımmüdafiəçi meydana start heyətdə çıxıb və 72-ci dəqiqədə əvəzlənib.
HİK hazırda KL-in turnir cədvəlində 3 xalla 26-cıdır.
HİK (Finlandiya) – "Olimpiya" (Sloveniya) - 0:2
Qollar: Brest, 57, Aqba, 68