AZ

Boliviyanın keçmiş prezidentinin tərəfdarları ölkənin vitse-prezidentinə hücum ediblər

Bakı. Trend:

Boliviyanın keçmiş prezidenti Evo Moralesin tərəfdarlarıparlament zalında ölkənin vitse-prezidenti David Çokeuankaya hücumediblər.

Trend xəbər verirki, bu barədə Boliviya prezidenti Luis Arse "Telegram" kanalındaməlumat verib. Arse hadisəni Boliviya parlamentinin tarixində "ənbiabırçı səhifə" adlandıraraq, Morales tərəfdarlarının dialoqamaraq göstərmədiklərini bildirib.

"El Deber" qəzetinin məlumatına görə, Moralesin tərəfdarlarıArsenin çıxış etməli olduğu iclasdan əvvəl parlamentdə qarışıqlıqyaradıblar. Onlar vitse-prezidentə və Arse hökumətini dəstəkləyəndigər deputatlara pomidor və müxtəlif əşyalar atıblar. Buinsidentdən sonra Arse çıxışını parlamentin qarşısındakı meydandadavam etdirib.

Qeyd edək ki, son aylarda Arse ilə Morales arasında münaqişədaha da kəskinləşib. Morales tərəfdarları üç həftə ərzində ölkəninyollarını bağlayaraq iqtisadiyyata ciddi ziyan vurublar. Arseoktyabrın 30-da bu blokadaların ölkəyə 1,7 milyard dollardan çoxziyan vurduğunu bildirib.

Arse 2020-ci ilin oktyabrında keçirilən prezident seçkisindəMorales tərəfindən dəstəklənsə də, sonradan aralarındakı siyasifikir ayrılığı dərinləşib.

Seçilən
34
az.trend.az

1Mənbələr