AZ

Britaniya Trampa görə müdafiə xərclərini ÜDM-in 2,5%-nə qədər artıracaq

Böyük Britaniyanın Baş naziri Kir Starmer, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra 2025-ci ilin yazında ölkənin müdafiə xərclərini ÜDM-in 2,5%-ə çatdırmaq planlarını açıqlayacaq.

APA xəbər verir ki, bu barədə “Telegraph” məlumat yayıb.

Nəşrin məlumatına görə, bu yolla leyboristlər ABŞ-nin yeni prezidenti ilə münasibətləri yaxşılaşdırmağa çalışır.

Xərc artımının elan edilməsi üçün təxmini tarix 2025-ci ilin mart-aprel aylarıdır.

Seçilən
52
1
apa.az

2Mənbələr