Rusiyanın “Evlənək!” şousunun iştirakçısı on il əvvəl baş vermiş qətlə görə 15 il müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin əməkdaşı Yelena Markovskaya məlumat verib.
İstintaqın məlumatına görə, 2014-cü il avqustun 9-da hücumçu tanışı ilə Krasnodon şəhərinə yollansa da, yolu azıb. Həmin şəxslər yoldan keçən iki nəfərdən yolu soruşmaq qərarına gəliblər və onlardan birinin üzərində qiymətli əşyalar olduğunu görüb, hər ikisini silahla hədələyərək maşına mindiriblər. Nəticədə qurbanlar Luqansk meşə zolağına aparılıb, onlardan biri orada öldürülüb.
Məlumata görə, kişi 2019-cu ildə məşhur “Evlənək” verilişində iştirak edib, lakin gəlin başqa bəyi seçib.