AZ

Şəhriyar Əliyev: “Santuşun qərarına hörmətlə yanaşıram”

“Şahin Diniyevin dönəmindəki oyunlarını analiz etdikdə, çox yaxşı oynadıqlarını görmək olur. Sadəcə, bəxtsizlik amili “Səbail”dən əl çəkmirdi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Şəhriyar Əliyev deyib.

Kapitan oyuna optimal formada hazırlaşıb, qələbə qazanmaq istədiklərini söyləyib: “Səbail”ə qarşı səfərdə bizi çətin oyun gözləyir. Oyunlarını izləyib, analiz etmişik. Ağır matç olacaq. Düzdür, hələlik yeni baş məşqçi gəlməsə də, klubda dəyişikliklər olub. Lakin oyunlarında böyük dəyişiklik olacağını düşünmürəm. İnanıram ki, öncədən necə çıxış edirdilərsə, indi də elə olacaq. Diniyevin dönəmində çox gözəl futbol nümayiş etdirsələr də şansları gətirmirdi”.

Müdafiəçi milli komandaya çağrılmamasına da münasibət bildirib: “Bu dəfə milli çağrılmadım. Fernandu Santuşun qərarıdır və hörmətlə yanaşıram. O da çempionat oyunlarına diqqətli şəkildə nəzarət edərək, formada olan futbolçuları milliyə dəvət etməyə çalışır. Biz də sabit oynayıb komandamıza xeyir verməyə və millinin baş məşqçisinin diqqətini cəlb etməyə çalışırıq. İnşallah, bacardığım qədər çalışıb, yenidən milli komandaya dəvət alaram”.

GÜNAY SÜLEYMANOVA

Seçilən
27
futbolinfo.az

1Mənbələr