Xəbər verdiyimiz kimi, Bakıdakı Dövlət Bayrağı Meydanında ucaldılan üçrəngli bayrağımız ölçüsünə görə “Ginnesin rekordlar kitabı”na düşüb.
Medianews.az-ın məlumatına görə, sözügedən bu hadisə ilə bağlı Türkiyə mətbuatında məlumat paylaşılıb.
“36 metr eni və 72 metr uzunluğu olan böyük ölçülü bayrağın çəkisi 500 kiloqramdan çoxdur. İki gün əvvəl, noyabrın 6-da rəsmi olaraq “Ginnesin rekordlar kitabı”na düşən bayraq Azərbaycanın Zəfər Günündə ölkə Prezidenti İlham Əliyevin də iştirak etdiyi mərasimdə qaldırılıb”,-deyə məlumatda bildirilib.
Qeyd edək ki, Bakının Dövlət Bayrağı Meydanındakı 162 metrlik bayraq dirəyi 2010-cu ildə Ginnesin Rekordlar Təşkilatı tərəfindən dünyanın ən hündür bayraq dirəyi kimi sertifikatlaşdırılıb. Daha sonra Tacikistan, Səudiyyə Ərəbistanı və Misirdəki bayraq dirəkləri (201,9 m) bu rekordu yeniləyib.
Medianews.az