Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində dəmiryol vağzalı yaxınlığında baş verən partlayış nəticəsində azı 4 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Geo telekanalı mənbələrə istinadən xəbər yayıb.
Məlumatda qeyd olunur ki, partlayış stansiyanın kassasında, qatarın gəlməsindən bir az əvvəl baş verib.
Yaralılar şəhər xəstəxanasına çatdırılıb və xəstəxanada fövqəladə vəziyyət elan edilib. Əlavə həkimlər və yardımçı heyət növbəyə çağırılıb. Polis hadisənin səbəblərini araşdırır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun