ABŞ Respublikaçı Donald Trampın dövründə 2015-ci il Paris iqlim sazişindən yenidən çıxa bilər.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Trampın keçid komandası artıq iqlim və enerji sahələrində bir neçə icra sərəncamı hazırlayıb. Onlar ABŞ-ın Paris iqlim sazişindən çıxmasını və ölkənin qərbində neft hasilatının miqyasını artırmağa imkan verən qorunan təbii ərazilərin azaldılmasını nəzərdə tutur. Bundan əlavə, Ətraf Mühitin Mühafizəsi Agentliyinin qərargahının və onun 7 min əməkdaşının Vaşinqtondan başqa şəhərə köçürülməsi müzakirə edilir.