AZ

Bələdiyyə sədrinin oğlu başından güllələnmiş halda tapıldı – FOTO

Türkiyənin Antalya şəhərində Muratpaşa Bələdiyyə Başçısı Ümit Uysalın 17 yaşlı oğlu evlərində başından tapança ilə vurulmuş vəziyyətdə tapılıb.

Medianews.az xəbər verir ki, hadisə Muratpaşa mahalının Fənər rayonunda baş verib.

Muratpaşada 3 dövr CHP Bələdiyyə Başçısı olan Ümit Uysalın oğlu E.U. evlərinin hamamında başından tapança ilə vurulmuş vəziyyətdə tapılıb. E.U-nun qan içində olduğunu görən yaxınları onu yaxınlıqdakı özəl xəstəxanaya aparıblar. Huşunu itirmiş 17 yaşlı yeniyetmə əməliyyata aalınıb.

Yeniyetmənin həyatı üçün təhlükə olmadığı və əməliyyatının davam etdiyi bildirilib.

Rəsmi görüş üçün İstanbulda olan bələdiyyə sədri Ümit Uysal xəbəri alan kimi ilk təyyarə ilə Antalyaya yola düşüb. Yeniyetmənin bir müddətdir psixoloji problem yaşadığı da öyrənilib.

Medianews.az

CHP'li

Seçilən
38
medianews.az

1Mənbələr