UEFA Avropa Konfrans Liqasının 3-cü həftəsində “Başakşehir” səfərdə “Kopenhagen”lə qarşılaşıb.
Apasport.az xəbər verir ki, Kopenhagen tribunalarının açdığı təhqiramiz pankart sosial mediada gündəm olub.
Məsələ ilə bağlı açıqlama verən İstanbul təmsilçisinin prezidenti Göksel Gümüşdağ UEFA-nın "Kopenhagen" matçındakı xoreoqrafiyaya görə "Başakşehir" klubuna üzrxahlıq məktubu göndərdiyini bildirib:
"Biz UEFA-nın pankartı qəbul etməsinə etiraz etdik. 3 saat sonra UEFA-dan üzrxahlıq mesajı gəldi. Düşünürəm ki, "Kopenhagen" də üzr istəməli olacaq. Ən azından UEFA bunun qəbuledilməz olduğunu söylədi".
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Lempard Çempionşip klubunu çalışdıra bilər
Neymar sabiq klubuna qayıtmaq istəyir
"Fənərbaxça"nın futbolçusu əməliyyat olundu
Avropa Liqası matçında xaos: İsrailli azarkeşlər fələstinli tərəfdarlara hücum ediblər
"Qalatasaray"da Mauro İkardi şoku