NATO-nun Avropadakı keçmiş Ali Baş Komandanı və istefada olan admiral Ceyms Stavridis hərbi bloka qarşı dəfələrlə sərt ifadələr səsləndirən Donald Trampın prezidentliyə qayıtması ilə əlaqədar alyans daxilində gərginliyin yaranması barədə xəbərdarlıq edib. Gazeta-nın yaydığı məlumata görə, onun sözlərini MSNBC sitat gətirib.
Stavridis "Alyans daxilində xeyli gərginlik olacaq" deyib.
Onun sözlərinə görə, gərginliyi iki amil diktə edir. Respublikaçı müdafiə xərclərini artırmaq üçün Avropa müttəfiqlərinə təzyiqi artıracaq. Bundan əlavə, Trampın Kiyevə davamlı dəstəyinə şübhə ilə yanaşması səbəbindən “Ukrayna ilə bağlı gərginlik olacaq”.
Tural