AZ

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 671,1 milyon manatdan çox olub.

 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti  xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,4 % artaraq 3,1 milyard manatdan çox təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,3 % artaraq 167 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,9 % artaraq 126,4 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,4 % artaraq 829,4 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,6 % artaraq 591,2 milyon manat olub.

Seçilən
3
11
sam.az

10Mənbələr