AZ

Trampın AXC-yə bənzər hakimiyyətə qayıdışı: “Gəlmişdilər, gördük... ”    

Dünyanın siyasət adamlarının, beyin mərkəzlərinin Trampın hakimiyyətə qayıdışı ətrafında ciddi-ciddi müzakirələri tezliklə səngiyəcək. Amerikanın dünyadakı statusu və Ağ Evdəki prezident kreslosu bu müzakirələri hələ ki, vacib edir.

Trampın 4 illik fasilədən sonra qayıdışı amerikalılar üçün xeyirli ola bilər, amma dünya üçün çətin ki, yaxşılığa doğru nəsə dəyişsin. Ona görə bu müzakirələri və gözləntiləri  ciddi qəbul etməmək də olar.  Azərbaycanda Elçibəy hakimiyyəti üçün yarızarafat bir deyim var: “Gəlmişdilər, gördük...” Tramp  hakimiyyəti üçün də o, keçərlidir, yəni ikinci qayıdışından dünya üçün ciddi nələrsə gözləmək bir az çox ümidlənməkdir.

O da doğrudur ki,  Baydenin demokratları son 4 ildə dünya bir kənara, ölkələrini elə bərbad hala salıb ki, indi Tramp belə xilaskar kimi görünə bilər. Amerikalılar axı belə xilaskar obrazlarını çox sevirlər. Bir amerikalının təkbaşına dünyanı ən müxtəlif bəlalardan, virusdan, apokalipsdən xilas etdiyi haqda neçə-neçə filmləri var.  Amerikalılar alicənab toplumdur, müharibələrin olmasını istəməmələri də anlaşılandır, amma həm də özlərini sevən və hörmət edən cəmiyyətdir.

Я

Ona görə Trampa səs verdilər ki, Bayden hökuməti onlardan topladığı vergiləri Ukraynada göyə sovururdu, ölkədə xaos əhvalı yaradırdı. Hollivud filmlərini ona görə çəkirlər ki, amerikalıların düşüncələrini  uzaq-uzaq ölkələrdə də bilsinlər.  Bax, o filmlərdə də var ki, amerikalının əmlakını alarsan məhkəməyə gedəcək, ədalətə güvənəcək, amma rahatlığına və puluna toxundunsa, ən müxtəlif üsullarla etiraz, üsyan edəcək. Ona görə Trampın qayıdışına həm də bir az pula həris, rahatlığını sevən, stabil gəlir, stabil qiymətlər arzulayan əhali sevinir,  halbuki  onu təkcə kasıblar deyil, həm də  Amerika “burjuyları” yenidən hakimiyyətə gətirdilər...

Amerikalıları Baydenin prezidentliyi dövründə rekord həddə çatan qeyri-qanuni miqrasiya problemi çox narahat edir. Üstəlik, mühafizəkarlığı və irqçiliyi son illər xeyli artan amerikalılar üçün milliətçi və irqçi baxışlarını çalışsa da, gizlədə bilməyən Tramp ideal  namizəd idi. Amerikalılar Trampın  ötən prezidentlik müddətində ABŞ-a axın edən  xüsusilə qaradərili miqrantlara təhqirləri yaxşı xatırlayır.  Harris Trampın aşırı irqçi  baxışlarına bələd olduğu üçün onu seçki kampaniyası dövründə Hitlerlə müqayisə edirdi. Bu, qətiyyən şişirtmə deyil. Onun ilk prezidentliyi dönəmində miqrantlar bir kənara, xüsusilə ondan ayrılan komanda üzvlərinə “itin sözünü” deməsi, onları “satqın”, “axmaq” kimi ifadələrlə təhqir etməsini   xatırlamaq olar. Tramp üçün onun bildiyi həqiqətdir, başqa həqiqət  isə yəqin ki, pulun gücüdür. 

Dünya siyasətinə gəlincə, Tramp hələ də heç kimə doğru-dürüst izah edə bilməyib ki, niyə hakimiyyətə gələn kimi İranla Obamanın və Avropa Birliyinin vasitəçiliyi ilə uğurla sonunclana bilən nüvə danışıqlarından çıxdı. Yoxdur məntiqli izah. Əsas səbəb əlbəttə ki, pul və yəhudi faktor idi.  İranla danışıqlar pozulan kimi getdi Səudiyyə Ərəbistanını Tehran təhlükəsi ilə yenə qorxutdu, krallıqla  fantastik, deyəsən 15 milyardlıq silah müqaviləsi imzaladı. Sonra İranla düşmən olan başqa ərəb ölkələrindən də bu minvalla milyardlar qopardı. İran üzüyola ölkə deyil, bu ayrı, həm də Amerikanın Yaxın Şərqdə ən ciddi müttəfiqi İsraillə düşməndir. Öz proksi qüvvələri ilə oralarda  Amerikanın əl-ayağına dolaşdığı da faktdır. İsrail onları son aylar “təmizlədi”. 

Amma zənnimcə, İranı Trampın yeni hakimiyyəti dövründə yaxşı tale gözləmir, bu da Azərbaycana pisdir. Çünki İran qonşudur, pis olsa da, nə biz, nə onlar köçə bilər. İran Trampın bir nömrəli hədəfidir, görünür, onu seçki kampaniyası zamanı aradan götürmək istəyənlər həm də İranla müharibəni əngəlləmək istəyənlərin marağında olub. Bunu istəsəz, ağlınızın bir ucunda saxlayın- Tramp və İran-cəmi səkkiz hərf...     

 Trampın xarici siyasətdə öyünməyə xüsusi bir  uğuru yoxdur. ABŞ-ın Trampın dövründə “Açıq səma”   müqaviləsindən çıxması qlobal təhlükəsizlik sisteminin dağıdılmasına, eləcə də Rusiyanın yeni sıçrayışlı silahların istehsalını sürətləndirməsinə səbəb oldu. Çinlə ticarət müharibələri isə Amerika şirkətlərinə çox böyük ziyan vurdu. 

Камала

Eləcə də Fələstin və İsrail  məsələsində də Tramp “odun üstünə su yox, benzin tökməklə” yadda qalıb. Milyarder olasan, yəhudi ilə münasibətin olmazsa, bu pulu nə qoruya və artıra bilərsən.  Trampın ətrafında həmişə yəhudilər olub, kürəkəni də yəhudidir, özünün də siyasəti həmişə onlara tərəf olub. Yerusəlimi(Qüds) İsrailin paytaxtı kimi  tanımaq qərarının altında Trampın imzası durur. Konqres 1995-ci ildə belə bir birtərəfli qərar vermişdi ki, Yerusəlim paytaxt kimi tanınmalı, Amerika səfirliyi ora köçməlidir. Amma bu bitərəfli qərar idi, BMT-nin Qüdslə bağlı icra edilməsə də, hər halda kağız üzərində qalan qərarlarına zidd idi, ona görə Trampa qədər heç bir prezident Yerusəlimi paytaxt kimi tanımadı. Trampın qayıdışına ən çox sevinən də Netanyahu oldu, təbrik üçün birinci o zəng etdi. Bəziləri deyir ki, Netanyahu Baydenə qulaq asmırdı, Tramp ona təsir edə bilər və sairə... 

Трамп


Trampla Baydendən də yaxşı anlaşacaqlar, amma inanmıram ki, bu Yaxın Şərqdə müsəlman cocuqların tökülən haqsız qanını durdurmaq üçün olacaq... Yeri gəlmişkən, Ərdoğan da İsrail baş nazirini Hitler, faşist adlandırıb. Trapmla Netanyahu arasında əlaqə qurmaq üçün bu  bənzətmələr kifayətdir...

Harrisin məğlubiyyətinə əlbəttə ki, demokratların yanlış siyasəti və onun 4 il Baydenin kölgəsində deyib-gülməsi də səbəb oldu. Həm də Harris kökəncə miqrant və qaradərili idi. İndi Amerika cəmiyyəti üçün belə prezident adayı həm də aktual deyildi...

 

Nazim SABİROĞLU,
Musavat.com  

Seçilən
10
musavat.com

1Mənbələr