Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsilnəzarət-kassa (NKA) aparatları üzrə dövriyyə 17 milyard 976 milyonmanat təşkil edib.
Trend İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötənilin eyni dövrü ilə müqayisədə 11 % çox deməkdir.
Bildirilib ki, bu il noyabrın 1-nə qədər ölkədə 102 205 yeninəsil nəzarət-kassa aparatı quraşdırılıb.
"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffafaparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasınavə dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", -məlumatda qeyd olunub.