Sovet İttifaqı Kommunist Partiyası MK-nın Baş katibi Mixail Qorbaçov Berlin divarının uçmasından əvvəl də Şərqi Almaniya hakimiyyətinə real dəstəkdən imtina edibmiş.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer məlumat verib.
Onun sözlərinə görə, 1989-cu il oktyabrın 7-də Qorbaçov Berlinə gələndə ADR lideri Erix hələ də ölkəyə rəhbərlik edirdi. “Sonra Qorbaçov dedi ki, biz Almaniyada başa düşdük ki, “həyat çox gec gələnləri cəzalandırır”, - Nimeyer vurğulayıb.
Ekspert hesab edir ki, ADR rəhbəri daha çox dövlət aparatını və təhlükəsizlik qüvvələrini sabitləşdirmək üçün SSRİ-dən dəstək almaq istəyirdi.