AZ

Sadır Japarov COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında (COP29) iştirak etmək üçün noyabrın 11-13-də Azərbaycanda işgüzar səfərdə olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

Qırğızıstan rəhbəri noyabrın 12-də Bakıda iqlim sammitinin açılış mərasimində iştirak edəcək və konfransın plenar iclasında çıxış edəcək.

Qırğızıstanın Azərbaycan və Monqolustanla birgə noyabrın 13-də COP29 çərçivəsində təşkil edəcəyi “Yüksək səviyyəli dialoq: Dağ gündəliyinin təşviqi və dağlar və iqlim dəyişiklikləri mövzusunun aktuallaşdırılması” mövzusundakı tədbirdə isə Sadır Japarov, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Nepal Prezidenti Ram Çandra Poudela, eləcə də digər nümayəndə heyətlərinin və beynəlxalq təşkilatların rəhbərləri çıxış edəcək.

Seçilən
25
14
ikisahil.az

10Mənbələr