AZ

Sadır Japarov COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında (COP29) iştirak etmək üçün noyabrın 11-13-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Bu barədə Qırğızıstan Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

Qırğızıstan rəhbəri noyabrın 12-də Bakıda iqlim sammitinin açılış mərasimində iştirak edəcək və konfransın plenar iclasında çıxış edəcək.

Seçilən
50
14
aznews.az

10Mənbələr