“Real”ın hücumçusu Kilian Mbappe Fransa millisinin baş məşqçisi Didye Deşamla mübahisə edib.
Apasport.az xəbər verir ki, bu barədə “Get Football News” portalı məlumat yayıb.
Mbappe Fransa yığmasının ötən ay baş tutan oyunları üçün heyətə dəvət edilməyib. Yığmanın baş məşqçisi Didye Deşam daha əvvəl oyunçunun sağlıq durumu ilə bağlı belə qərar verdiklərini deyib.
Lakin yeni məlumata görə, Mbappe özü yığmaya gəlməyib. O, baş məşqçi Deşamla anlaşa bilmir və onun rəhbərliyi müddətində millidə oynamaq istəmir.
“Nottingem Forest”in baş məşqçisi mükafatlandırılıb
Premyer Liqada ayın futbolçusu bəlli olub
"Mançester Siti" və "Bavariya" türkiyəli futbolçu üçün yarışacaq
Lempard Çempionşip klubunu çalışdıra bilər
Neymar sabiq klubuna qayıtmaq istəyir