Fransa prezidenti Emmanuel Makron Donald Trampla telefon danışığında Rusiyanı Ukrayna ilə bağlı “real güzəştlərə” çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzetində məlumat dərc olunub:
“Çərşənbə günü 25 dəqiqəlik telefon danışığında Makron Trampa təzyiq edib ki, Ukrayna ilə bağlı Rusiya ilə istənilən diplomatiya Kremlin real güzəştləri ilə nəticələnsin”.
Makron həmçinin noyabrın 7-də Budapeştdə Aİ həmkarlarına bildirib ki, birliyin marağı Rusiyanın münaqişədə məğlub olmasını təmin etməkdir.
Vəli Həsənoğlu,
KONKRET.az