AZ

"Bavariya" 18 yaşlı futbolçu ilə razılaşdı

style='margin-bottom:10px;'>

"Bavariya" qış transfer pəncərəsində heyətinə yeni futbolçu qatacaq.

QOL.az xəbər verir ki, bu barədə insader Fabrizio Romano məlumat yayıb. 

"Qırmızılar" "Los Anceles"in futbolçusu Bajinq Darbo ilə razılaşıb. Münhen təmsilçisi 18 yaşlı vingerlə  qış transfer pəncərəsində müqavilə imzalayacaq.

Transferin məbləği 1 milyon ABŞ dolları olacaq.

Qeyd edək ki, Darbo hələ "Los-Anceles"in əsas komandasında debüt etməyib. O, ABŞ U-17 millisində 2 oyunu keçirib.

Seçilən
27
1
teleqraf.com

2Mənbələr