AZ

"Tesla"nın bazar dəyəri 1 trilyon dollara çatıb

ABŞ-də prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qalib gəlməsindən sonra "Tesla"nın bazar dəyəri 27 faiz artıb.

İqtiadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd edilib ki, Amerikanın elektrikli avtomobil istehsalçısı "Tesla"nın bazar dəyəri 1 trilyon dollara çatıb. "Tesla"nın səhmlərinin qiyməti isə 6%-dan çox artaraq 317,60 dollar olub.

Səhmlərinin artması ilə "Tesla"nın bazar dəyəri 1 trilyon dolları ötüb.

Beləliklə, "Tesla" dünyanın ən dəyərli şirkətləri arasında 9-cu yeri tutub.

 

Gözəl Həşimova

Seçilən
9
iqtisadiyyat.az

1Mənbələr