AZ

Poroşenko Zelenskiyə alternativ kimi fəallaşır?

“Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun Ukraynanın qırmızı xətlərini açıqlamasını “klounluq” adlandırıb.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Roqov qeyd edib ki, “post-Ukrayna məkanında hörümçəklərin qapalı bankada davası başlayıb”. O, Poroşenkonun qırmızı xətlərini “banal təlxəklik” adlandırıb və bu bəyanatı özünü unutdurmamaq istəyi kimi izah edib. Bu yolla Poroşenko Zelenskiyə alternativ olaraq özünü ortaya atır.

Roqovun sözlərinə görə, Ukraynanın eks-prezidenti hazırkı hökumətin kapitulyasiyasının qaçılmaz olduğunu başa düşür və ona görə də Zelenskini palçığa “itələmək” üçün belə bir addım atmağa qərar verib.

Tural

Seçilən
27
news365.az

1Mənbələr