AZ

Trampla ilk söhbətdə maye qaz istəyib - “Avropa Rusiyadan hələ də çoxlu LNG alır”

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa ABŞ-ın Rusiyadan enerji tədarükünü əvəz etmək üçün Avropa İttifaqına daha çox mayeləşdirilmiş təbii qaz (LNG) verməsi təklif edib.

Von der Leyen cümə günü bildirib ki, Trampla telefon danışığı cümə axşamı baş tutub.

“Məsələn, ümumi maraqlar bizim toxunduğumuz mövzulardan biridir, onlardan biri də LNG mövzusudur”, - Avropa Komissiyasının rəhbəri jurnalistlərlə görüşdə deyib.

Von der Leyen qeyd edib ki, Avropa Rusiyadan hələ də çoxlu LNG almağa davam edir.

“Niyə onu bizim üçün daha ucuz olan və enerji qiymətlərimizi aşağı salan Amerika LNG-si ilə əvəz etməyək?” – o, əlavə edib.

“AzPolitika.info”

Seçilən
24
azpolitika.info

1Mənbələr