İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində Livan Hizbullah hərəkatı tərəfindən İsrail ərazisinə atılan 80-ə yaxın mərmi qeydə alındığını bildirib.
Bu barədə məlumat IDF Telegram kanalında yer alıb.
“Hizbullah tərəfindən atılan 80-ə yaxın mərmi bu gün (8 noyabr, cümə) Livandan İsrail sərhədini keçib”, – məlumatda deyilir.
İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun cənub ətrafına hücum etdiyi də məlum olub.
Bundan əlavə, Pentaqonun rəhbəri Lloyd Austin ilk dəfə İsrailin yeni müdafiə naziri İsrael Katzla danışıb.
DOĞRU.AZ